Ağalı kənd tam orta ümumtəhsil məktəbinin IV, VI, IX, XI siniflərində monitorinq aparılıb, Respublika fənn olimpiadalarının yarımfinal mərhələsində iştirak etmək hüququ qazanan şagirdlərlə görüş keçirilib.
Eyni zamanda hər iki təhsil müəssisəsinin kollektivi ilə görüşülüb, tədrisin keyfiyyətinin artırılması istiqamətində görülən işlər barəsində ətraflı müzakirələr aparılıb.
Tahirə AĞAMİRZƏ