11.03.2025, 22:42
AZ EN
14.01.2025, 14:13 236

Mənə çox xoşdur ki, bu gün doğma Laçınımızda laçınlılarla çiyin-çiyinə işləyirik

ŞƏRQİ ZƏNGƏZUR
  • Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərimizə köçürülərək doğma yurdda yaşamağın və işləməyin sevincini eyni anda yaşayan vətəndaşlarımızdan biri də Rüxsarə Nəsibzadədir.

 Dövlət Məşğulluq Agentliyi tərəfindən münasib işlə təmin olunan qəhrəmanımız hazırda "Laçın Abadlıq Xidməti" MMC-də insan resursları üzrə mütəxəssis vəzifəsində çalışır.

Rüxsarə xanım deyir ki, biz Laçından çıxanda mənim 10 yaşım vardı. 41 yaşımda yenidən Laçına qayıtdım. Doğma yurddan necə ağlaya-ağlaya getmişdiksə, şəxsən mən özüm Laçına yenidən qayıdanda bu dəfə sevincdən ağladım. Bu gün özümü çox xoşbəxt hiss edirəm. Həm bir valideyn kimi, həm bir laçınlı kimi. Ona görə ki, artıq yenidən Laçın Laçına qayıdır. Əvvəlki Laçından daha gözəl, daha müasir standartlara uyğun və çox qürurvericidir, çox xoşdur ki, biz yenidən Laçına qayıdır və bir şəhər sakini kimi burda yaşayırıq.

“Sentyabr ayından  Dövlət Məşğulluq Agentliyinə müraciət etdim. Məşğulluq bizi “Laçın Abadlıq Xidməti” MMC şirkətinə yönəltdi və məni insan resursları üzrə mütəxəssis olaraq işlə təmin etdi. Mənə xoşdur ki, mən özüm müraciət etmişdim, indi isə bizə müraciət edirlər.

“Laçın Abadlıq Şirkətində beş yüzə yaxın işçimiz var və burda çalışırlar. Mənim üçün çox xoşdur ki, bu gün doğma Laçınımızda laçınlılarla birlikdə çiyin-çiyinə işləyirik. Laçının gözəlləşməsində əlimizdən gələn bütün işlərin öhdəsindən gəlirik və gələcəyik də”.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər