Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, tədbirdə çıxış edən Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Bəkir Cabbarov narkotik vasitələrin insan orqanizminə, şüur sisteminə mənfi təsir göstərməsindən danışıb. O, narkotiklərə qurşananların müalicəsinin çox çətin proses olmasından, insanın fiziki və mənəvi cəhətdən dəyərsizləşməsindən, ailəsi, yaxın ətrafı üçün ciddi problemlər yaratmasından söhbət açıb.
Erkən nikah mövzusuna da toxunan Bəkir Cabbarov, bu cür problemlərin baş verməməsi üçün təhsilin vacibliyindən danışıb. Gənclərə mütləq şəkildə sağlam həyat tərzi keçirməyi, mütəmadi şəkildə mütaliə ilə məşğul olmalarını tövsiyə edib.
Daha sonra çıxış edənlər narkotik asılılığın və erkən nikahın fəsadlarından, cəmiyyət üçün doğurduğu təhlükələrdən danışıblar.
Sonda suallar cavablandırılıb. (AZƏRTAC)