Memar Elnur Abdullayev bildirir ki, Laçın şəhəri amfiteatr formasında yerləşdiyi üçün şəhərin böyük bir qismi günəş şüaları ilə əhatə olunur.
Bunu nəzərə alaraq Laçın şəhərində quruculuq-abadlıq işlərində əsaslı təmirə yararlı evlərin dam örtüklərində günəş panelləri quraşdırılıbdır ki, hansı ki, bu da alternativ enerji mənbəyi deməkdir. Adətən günəş panelləri var ki, isti suyun təmçin olunması ilə bağlı. Lakin Laşın şəhərində quraşdırılan günəş panelləri sadəcə elektrik cərəyanı istehsalıdır və bu da mərkəzləşmir qaydada hər biri üçün ayrıca quraşdırılmışdı. Təbii ki, bu bütün evlərdə ayrıca quraşdırılmayıb, şəhərin daha çox günəş tutduğu, günəş şüalarının tutduğu hissələrində quraşdırılıb və düşünürük ki, bu da gələcəkdə alternativ enerji mənbəyi kimi evlərin enerji ilə qidalanması üçün çox gözəl bir variantdır.
Hazırladı: Tahirə AĞAMİRZƏ