Bu barədə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmisi Hüseyn Quliyev məlumat verib.
O qeyd edib ki, bu kəndin sifarişçisi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi olacaq.
"Kəndin layihəsi artıq açıq mətbuatda var. Laçının turizm potensialı çox böyükdür. Onun relyefi, yerləşməsi, evlərin quruluşu bu gözəlliyin üzərinə güc verir", - deyə o qeyd edib. (Trend)