Bu proses bir neçə gün davam edib. Getdikləri zaman isə xain ermənilər bütün evləri, bağları və meşələri yandırmağa çalışıb. Həmin vaxt ərazidə xidmət edən yanğınsöndürənlərimiz ermənilərin törətdiyi terror aktlarının qarşısını almasa bu gün bəlkə Kəlbəcərdə bir ağac belə qalmamışdı. Azərbaycan ordusu dövlət sərhədində, vətənin keşiyində əli silahlı dayanıbsa, yanğınsöndürənlər də gecə-gündüz, yəni 24 saat çağırışa hazır vəziyyətdədirlər. Peşəsinin öhdəsindən layiqincə gələn bu yanğınsöndürənlər sözün əsl mənasında qəhrəmandırlar. Gözə görünməyən qəhrəmanlar... (APA)