Dövlət Turizm Agentliyinin şöbə müdiri, Elgün Cavadov:
-Kəlbəcər özünün termal və mineral bulaqları ilə sağlam turizmi və eyni zamanda təbiət baxımından dağ turizmin inkişafı üçün əsas istiqamətləri kimi inkişaf edəcək. Bununla bağlı artıq işlər aparılır. İstisuda müəyyən layihələr icra olunmağa başlanmışdır. Kəlbəcər şəhərinin artıq yenidən qurulması üzrə işlər sürətli şəkildə aparılır. Buna paralel, eyni zamanda biz həmin ərazidə termal və mineral su bulaqlarının resurslarını öyrənib, onun gələcəkdə turizm investisiyası açılmasına şərait yaradılacaq
Hazırda təkcə Kəlbəcərin deyil, azad edilən digər ərazilərin də turizm potensiaları araşdırılır və müvafiq işlər görülür. Məsələn, Suqovuşanda açılan istirahət parkına ətraf rayonlardan yüzlərlə insanın gəlməsi ilkin turizm addımları hesab etmək olar. Şəhərsalma prosesi gedən ərazilərdə isə daha dəqiq desək, Ağdam və Füzulidə turizm obyektlərinin yaradılması istiqamətində təkliflər hazırlanıb.
Dövlər Turizm Agentliyinin şöbə müdiri Elgün Cavadov əlavə edib:
-Hadrutla bağlı, burada turizm informasiya mərkəzinin gələcəkdə fəaliyyət göstərməsi, Şuşada, Daşaltıda turizm informasiya mərkəzinin fəaliyyət göstərməsi, Ağdamda Şahbulaq kəndi ətrafında turizm infrastrukturunun yaradılması, yəni insanlar üçün turizm perspektivi hesab olunan ərazilərin hər birində turizm xidmətlərinin göstərilməsi üçün layihələr icra olunacaq. Biz gələcəkdə Tuğ və onun ətrafında olan kəndləri ümumi bir turizm klassiki kimi görür. Bura Azıx mağarası və Azıx kəndini də əlavə edə bilərik və bu ərziləri turistlik baxımından inkişafını görürük.
Laçın da turizm mərkəzinə çevriləcək. Dağlar qoynunda yerləşən tikilib istifadəyə verələcək Zabuxçay su anbarının ətrafında da turizm xidmətləri göstəriləcək.
Hazırladı: Tahirə AĞAMİRZƏ