Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev Bakı Enerji Həftəsi çərçivəsində təşkil olunan “Orta Dəhliz: perspektivlər və çağırışlar” panelində çıxışı zamanı deyib.
O bildirib ki, Horadiz-Ağbənd dəmiryolu və avtomobil yolunun tikintisinin 2027- ci ilin sonuna qədər başa çatdırılması nəzərdə turulur. Bu layihənin bitməsi ilə Orta Dəhlizdə həm diversifikasiya əldə etmiş olacağıq, həm də ümumi yükdaşımanı 8-10 milyon ton artırmış olacağıq. (APA)