O, həmçinin sözügedən ərazilərə sakinlərin nə vaxt köçürüləcəyi sualına da aydınlıq gətirib: “Növbəti üç il ərzində böyük bir quruculuq işləri aparılacaq. 24 kənd, 5 qəsəbə və 3 şəhərin inşaası yalnız Qubadlı Cəbrayıl, Zəngilanda həyata keçiriləcək. Üç il ərzində bu kəndlər tikiləcək və inşallah, insanlar həmin bu kəndlərə və şəhərlərə qayıdacaqlar, burda yaşayacaqlar. Əgər köçdən danışırıqsa, bildiyiniz kimi, Cəbrayılda 33 binadan ibarət 712 mənzilin tikintisi həyata keçirilir indi. Gələn il təhvil veriləcək və Cəbrayıl şəhərinə artıq köç həyata keçiriləcək. Digər tərəfdən də paralel olaraq bizim kəndlər də tikilməkdədir. Hal-hazırda Qubadlıda Mahruzlu, Zilanlı kəndləri tikilir, Zəngilanda Cahangirbəyli kəndi tikilməkdədir, yaşayış kompleksləri tikilməkdədir”.
Hazırladı: Tahirə AĞAMİRZƏ