Bunu Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev deyib.
Xidmət rəisi hazırda bu yataqların istifadəsi istiqamətində işlərin getdiyini bildirib: “Hazırda bu istiqamətdə gərgin fəaliyyətimiz mövcuddur. Qarabağdakı yol infrastrukturunun inşasında yerli xammaldan müvəffəqiyyətlə istifadə edilir. Hesab edirəm ki, tezliklə Şərqi Zəngəzur üzrə qızıl, gümüş və mis yataqlarımız beynəlxalq şirkətlərin sərəncamına veriləcək”.
O eyni zamanda qeyd edib ki, Murovdağ və Zəngilan ərazisində aparılan proseslərdə və tunel qazıntılarında çıxarılan süxurlara geoloji baxış keçirilir. (APA)