02.06.2025, 03:24
AZ EN
10.04.2025, 12:29 242

Zəngilanın birinci yaşayış məhəlləsində işlərin 80 faizi yekunlaşıb

ŞƏRQİ ZƏNGƏZUR
  • Hər qarşı, hər küçəsi azadlığın izi ilə bərpa olanan, eyni zamanda yeni  quruculuq ruhu ilə nəfəs alan məkan, tikinti poliqonu kimi görünən və Şərqi Zəngəzurun ən kilid nöqtələrindən biri Zəngilan. 30 illik işğaldan sonra azad edilmiş  və bu gün yenidən qurulan və tamamilə dəyişmiş şəhər. Strateji, coğrafi mövqeyinə görə fərqlənən Zəngilan təkcə Şərqi Zəngəzurun deyil, bütövlükdə regionun  qovşağına çevrilməkdədir.

Şəhərin birinci  yaşayış məhəlləsi ərazisindəki  binalarda tikinti işlərinin 80 faizi yekunlaşıb. Zəngilanın mərkəzində yerləşən ilk  yaşayış məhəlləsi iki hektar  ərazini əhatə edir ki,  burda da 12 binanın tikintisində son tamamlanma işləri həyata keçirilir.

İctimai TV Zəngilan şəhərində birinci yaşayış mhəlləsində aparılan tikinti işləri ilə bağlı sujet hazırlamışdır.

BTİX-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyyə Rzayeva:

-Birinci yaşayış  məhəlləsində 12 bina nəzərdə tutulub. Bu 12 minadan 8 bina 2 mərtəbəli binadan ibarət olacaq. Qalan 4 binada   standart tipli mənzillər olacaq, 2, 3, 4, 5 otaqlı mənzillər.  Burda 104 mənzillər olacaq. 104 mənzil 104 ailə deməkdir. Mənzillər 2 və 3 mərtəbəli binalarda olacaq.

 Ailə tərkibinə uyğun olaraq gələcək sakinlərinə verilən evlərin qaba və fasad işləri yekunlaşıb. Ərazidə sahədaxili və kommunikasiya və daxili bəzək işləri davam edir.

Eyni zamanda binalarda minimalist və müasir yanaşmalar üstünlük təşkil edir.

Yaxın zaman kəsiyində inşaat işləri  bitdikdən sonra Zəngilan  şəhərindəki birinci yaşayış məhəlləsinə sakinlərin köçü nəzərdə tutulur. Zəngilan indi tamamilə yenidən qurulma mərhələsindədir. Burdakı geniş və müasir yenidənqurma işləri nəticəsində yeni yollar çəkilir,  müasir yaşayış kompleksləri və  iaşə obyektləri tikilir. Gələcəkdə Zəngilanın mərkəzi olacaq bu yerlərin necə olacağını düşünmək də xoş həyacan vericidir.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər