21.11.2024, 19:22
AZ EN
20.12.2023, 14:01 301

Kəlbəcər, İstisu yaşayış məntəqələrinin bərpası ilə bərabər 22 tunel də tikilir

ŞƏRQİ ZƏNGƏZUR

Sahə rəisi Ovçu Səfərov:

-Hal-hazırda burda 4 mərtəbəli yaşayış binaları tikilir. Binanın  zirzəmi hissəsi avtomibillər üçün nəzərdə tutulmuşdur. Hər bir blokda lift var. Yəni deyim ki,  avropa stilində, İsveçrəni gözünüzün önünə gətirin. Mənə elə gəlir ki, ordan da tikintiyə memarlıq detalları gətirilmişdir. Buda da  bir otaqdan tutmuş, əsasən birinci mərtəbədə üç otaqlılardı, sonra qalxdıqsa 4 otağa, 2 otağa, 1 otağa çevrilir. O da ki, qocaların istirahəti üçün nəzərdə tutulmuşdur, hətta qazilərin belə arabada keçməsi üçün girişdə o da nəzərə alınıb. Onlar hamısı nəzərə alınıb. Burda böyük prospekt olacaq, Zəfər prospekti. Yanımızda böyük bir məktəb də tikilir. Azərbaycan bayrağının simvolu, 5 mərtəbəli, gözəl stadion da nəzərdə tutulub layihədə. Yeni məhlələrin yerləri açılır. 80 ədəd bina hazırdır ki, start verilsin tikintiyə. Aşağı getdikcə də məhlələr, eyni belə kompleks məhələlər tikiləcək.

Bura Cənubi Qafqazın mühəndislik möcüzəsidir desək, yanılmarıq. Toğanalı-Kəlbəcər-İstisu yolunun üstündə 5, Kəlbəcər-Laçın avtomobil yolunun üzərində isə 17 tunel tikilir və onların içərisində dünyanın ən uzun tunellərindən biri olacaq Murovdağ tuneli xüsusilə seçilir.  2025-ci ildə başa çatdırılması planlaşdırılan dağaltı infrastruktur iki hissədən ibarətdir, gediş və gəliş. Hər bir hissənin uzunluğu isə 12 kilometrə yaxındır.

AAYDA-nın Qarabağdakı layihələr  üzrə nümayəndəsi Əyyub Hüseynov:

-Başlanğıcını Göygöl rayonunun Toğanalı kənd ərazisindən götürən Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu üzərində 5 ədəd tunel tikilməkdədir. 4 ədəd tuneldə  pasatma, qazma işləri demək olar ki, tamamlanmışdır. Digər bir tuneldə, yol üzərində olan ən böyük tuneldə isə hal-hazırda işlərimiz giriş və çıxış istiqaməti olmaqla davam etməkdədir. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu üzərində yerləşən Murovdağ tuneli başlanğıcını yolun 13-cü kilometrindən götürüb və Kəlbəcər rayonunun Yanşaq kəndi ərazisindən çıxacaqdır. Tunelin ümumi uzunluğu 23, 4 kilometrdir hər iki istiqamət üzrə. Ümumilikdə tuneldə  38 ədəd bağlantı yolu inşası nəzərdə tutulmuşdur. Hal-hazırda tuneldə 14 kilometr hissədə qazma-partlatma işləri demək olar ki, tamamlanmışdır. Tuneldə gecə və gündüz olaraq işlərimiz davam etməkdədir.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər