Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov Kəlbəcərdə jurnalistlərə açıqlamasında deyib.
“Əlavə olaraq, Dövlət Şəhərsalma Arxitekturası tərəfindən İstisu qəsəbəsinin və əlavə 7 kəndin də ərazi planlaşdırma sənədlərinin hazırlanmasına başlanılmışdır. 2024-cü ildə 4 kəndin də ərazi planlaşdırma sənədlərinin hazırlanmasına başlanılacaq. Ümumilikdə 2026-cı ilədək 15 yaşayış məntəqəsi - bir şəhər, bir qəsəbə və 13 kənd olmaqla - bərpası, həmçinin 3500 mənzilin tikintisi nəzərdə tutulub. Bunun 1500-ü Kəlbəcər şəhərində, 2000-i isə digər ərazilərdə tikiləcək. Gələn ildən başlayaraq, 2026-cı ilə qədər Kəlbəcər şəhərinə 5000-dən çox əhali, digər ərazilərə isə 8000-ə qədər əhalinin köçürülməsi nəzərdə tutulub”, - o əlavə edib. (APA)