Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri, Ramil Cahangirov:
-Baş planın layihələndirilməsi zamanı açıq məkanların təşkilinə xüsusi diqqət ayrılıb. Burada binalar smetrik,kvartal şəklində deyil, orqanik şəkildə düzülüb. Bu da ictimai məkanları xüsusi tərzdə bizə təqdim edir. Toplam bu məhəllənin ərazisində səkilərin və yaşıllıqların sahəsi 4 hektara yaxın təşkil edir.
Şəhərdə inşa edilən ilk yaşayış kompleksi 33 binadan ibarət olacaq.
4,5 məntəvəli binalarda ümumilikdə 712 mənzil olacaq. Şəhərdəki inşat işləri başa çatdıqdan sonra isə 2158 keçmiş məcburi köçkün məskunlaşacaq. Layihəyə əsasən binaların hər biri liftlə təmin olunacaq. 1,2,3,4 otaqlı mənzillər sakinlərə tam təmirli şəkildə təqdim ediləcək. İnzivati və ofis binaları, mərkəzi meydan, ictimai iaişə və truzim obyektləri, layihədə hər bir məqam öz əksini tapıb.
Ramil Cahangirov qeyd edib ki, Cəbrayıl şəhərində relyef fərqi var və bu relyef fərqi təbii olaraq şəhəri bir neçə zonaya bölür. Bu zonalar arasında dayanıqlı əlaqəni təmin etmək üçün baş plana əsasən yaşıl zolaq nəzərdə tutulur və yaşıl zolaq tərkibində həm park, həm əhalinin istirahəti, əyləncəsi üçün müxtəlif şəraitin yaradılması planlaşdırılır.
Hazırladı: Tahirə AĞAMİRZƏ