Çələbilər kəndi Azerbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi dairəsində kənddir. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Çələbilər kəndi Dağ Tumas kənd Sovetinin tərkibində rayonunun yaşayış məntəqələri siyahısına daxil etmişdir. O da məlumdur ki, İranda Çələbi, Krımda Çələbilər (Plodova), Rusiyada Çelyaba (Çelyabinsk) adlı yaşayış məntəqələri mövcuddur. Cəbrayıl rayonunun Çələbilər kəndində tikintisi XVI əsrə aid olan əzəmətli bir məscid-mədrəsə də vardır. Bu, Məhəmməd İbn Hacı Qaraman Əhmədli tərəfindən 1678-ci ildə inşa etdirilmişdir. XVIII əsr məşhur Azərbaycan şairi Molla Vəli Vidadi də bu mədrəsədə dərs deyib. Məscid kompleksində xüsusi olaraq, hücrələr olub ki, burada şagirdlərə dərs verilib. Çələbilər kəndi 25 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
İsa MUSAYEV