Mirik kəndinin etnik tərkibi Azərbaycan türklərindən ibarətdir. Faktiki olaraq əhalinin sayı 2000 nəfərdən çox idi.
Əhalinin əsas məşğuliyyəti bostançılıq, bağçılıq, arıçılıq, heyvandarlıq və toxuculuq olmuşdur. İşğaldan əvvəl kənddə ticarətə meyl artırdı. Kənd təsərrüfatı məhsullarının xüsusi ilə də kartof istehsalına görə Mirik kəndi rayonda çox mötəbər yerlərdən birini tuturdu. Əhalinin yaşayış evləri kahalardan, qara damlardan, və sonralar müasirləşən müasir tipli balkonlu kənd evlərindən ibarət idi.
Kənd 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi.
2020-ci il 1 dekabrda Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.
Tahirə AĞAMİRZƏ