08.09.2024, 07:39
AZ EN
27.04.2024, 09:20 266

Zəngilan rayonu, İçəri Müşlan kəndi

ŞƏRQİ ZƏNGƏZUR
  • Zəngilan rayonunun eyniadlı kənd inzibati ərazi dairəsində olan İçəri Müşlan kəndi Oxçuçayın sahilində, dağətəyi ərazidə yerləşir. Keçmış adı Muşlan olmuşdur. Yaşayış məntəqəsini Türkiyənin Muş əyalətindən köçüb gəlmiş ailələr saldığına görə belə adlandırılmışdır. Bu kənddən çıxmış ailələr Oxcu çayının sağ sahilində Qıraq Muşlan kəndini saldıqdan sonra buraya İçəri Muşlan, yeni "əsas, iç Muşlan" deyilmışdir.

İçəri Müşlan kəndi Məlikli, Tatar və Zəngilan kəndləri ilə həmsərhəddir. Şirin sulu bulaqları və təbii bitki örtüyü var. Əhalisinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıq olub.

1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. İşğal dövründə ermənilər bu kəndi də darmadağın etmişlər.

İçəri Müşlan kəndi şanlı Vətən müharibəsində düşməni darmadağın edən qəhrəman Azərbaycan Ordusu tərəfindən 2020-ci il oktyabrın 21-də işğaldan azad olunub.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər