28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü il iyul ayında Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Əfəndilər kəndi mahalın bir hissəsi olmuşdur. 1856-cı il "Qafqaz təqvimi"nə görə, Əfəndilər kəndinin əhalisi kürd dilində danışan şiə kürdlərdən ibarət olmuşdur. Kürdüstan qəzası ləğv edildikdən sonra Əfəndilər Qubadlı rayonunun tərkibinə daxil edilmişdir.
Əfəndilər kəndi 1993-cü ilin avqust ayında erməni terorçuları tərəfindən işğal edilmişdi, erməni vandalları işğal dövründə bu kəndi də yerlə bir edərək xarabalığa çeviriblər.
Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabr ayının 25-də kəndi işğaldan azad edib.
Tahirə AĞAMİRZƏ