18.10.2024, 18:28
AZ EN
21.10.2023, 09:04 262

Kəlbəcər rayonu, Qılınclı kəndi

ŞƏRQİ ZƏNGƏZUR
  • Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi dairəsinə aid olan Qılınclı kəndi Tərtər çayının sahilində, sıldırım qayalıq üstündədir.

Oykonimin etnotoponim olması ehtimali var. Bəzi mülahizələrə əsasən, qilicli (qilınclı) keçmişdə Azərbaycanın müxtəlif zonalarında yaşamış tayfalardan biridir. Odur ki, dağın adını "qilicli tayfasına məxsus yurd yeri" kimi mənalandırıb etnotoponim olduğunu qəbul etmək olar. Buna Azərbaycanın müxtəlif rayonlarında Qiliçli adlı obyektlərin olması da əsas verir.

Yaşayış məntəqəsini Laçın rayonundaki Qilişli kəndindən köçmüş ailələr salmışlar. Əhalinin əsas məşğuliyyəti heyvandarlıq olub.

1993-cü ildə Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən işğal edilmişdir.Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər