30.04.2024, 05:30
AZ EN
08.08.2023, 13:52 269

Kəlbəcər rayonu, Bağlıpəyə kəndi

ŞƏRQİ ZƏNGƏZUR
  • Kəlbəcər rayonunun Ağdaban inzibati ərazi vahidində olan Bağlıpəyə kəndi Tərtər çayının sahilində, Murovdağ silsiləsinin ətəyində yerləşir. Kəndin ərazisində qayalıqdakı mağara yaxınlığında keçmışdə kolanılara məxsus mal-qara saxlanılan pəyə yerləşirdi. Mağaranın uc tərəfi bağlı olduğu üçün ərazi belə adlanırdı. Kəndin adı əvvəllər Məşədiməmmədli olmuşdur. Keçmişdə Kolanı tayfasının məşədiməmmədli nəslinə mənsub ailələr burada məskunlaşmışdılar. Oykonim bağlı və pəyə (tövlə) sözlərindən düzəlib, "qapalı, bağlı tövlə; heyvanların bağlandığı yer" deməkdir.

Kənd işğal olunduqdan sonra Ermənistan rəhbərliyi bura ermənilərin məskunlaşdırılmasına başlayıb. 1999-2000-ci illərdə bura Goranboy rayonunun Erkəç kəndindən qaçqın düşmüş ermənilər məskunlaşmış, kəndin adı isə dəyişdirilərək Nor Erkeç qoyulmuşdur. İşğal dövründə kənddə 130 erməni yaşayıb. 

25 noyabr 2020-ci ildə Kəlbəcər rayonunun digər yaşayış yerləri ilə birlikdə bu kənd də işğaldan azad edilib.

Qalayçılar yurdu, Hapım yurdu, Xırmanlar yurdu, Əvəlikli yurd, Taqqıldağ yurd, Daşarası yurd, Buzluq boynu yurdu, Qanlıgöl yurdu, Həmzəçimən yurd, Çöplü göl yurdu, Göydağ yurdu, Yalaq yurd, Kərəmli dağının yurdu, Qızxanclı yurdu və Yarpızlı bulaq, Daş bulaq, Məşədi Salahın bulağı, Damcılı bulaq, Şırşır bulaq və s. Toponimləri vardı.

Bağlıpəyə kəndi Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nəzarətindədir.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər