- Kəlbəcər rayonunun Xallanlı kəndi Başlıbel kənd inzibati ərazi dairəsindədir. Kənd Başlıbel çayının sahilində, Dəlidağın (Kicik Qafqaz) ətəyində yerləşir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini XIX əsrdə indiki Laçın rayonu ərazisindəki Bozlu və Kamallı kəndlərindən köçmüş ailələr salmışlar. Həmin ailələr xallanlı kürd tayfasının ilyaslar və Şükürları tirələrinə mənsub idilər. Kənd həmin tayfanın adını daşıyır.
Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çevirmişlər.
2020-ci il noyabrın 25-dən Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Tahirə AĞAMİRZƏ