17.06.2025, 20:54
AZ EN
18.05.2023, 09:52 338

Zəngilan rayonu, Sarılı Xəştab kəndi

ŞƏRQİ ZƏNGƏZUR

Azərbaycan Respublikasının Zəngilan rayonunun Yeməzli kənd inzibati ərazi dairəsinə daxil olan Sarılı Xəştab kəndi dağlıq ərazidə yerləşir. Kəndin adı 1933-cü ildə Sarallı Xəştab kimi qeyd olunmuşdur. Sarıalılı orta əsrlərdə Qarabağda və Zəngəzurda yaşamış Azərbaycan ellərindən biridir. XIX əsrin ortalarında Zəngəzur qəzasında yaşayan bu tayfaya məxsus Sarallı kənd icmasına daxil olan Ağqaya, Almalıq, Şordərə, Girmik,  Mollalı, Siznaq, Faroe, Xəştab və Xilic adlı qışlaqlar, Zor, Berdaş, Giramsan, Gard, Aqadi, Xoştanak və Bəyşam adlı yaşayış məntəqələri mövcud olmuşdur. 1993-cü ildə ermənilər tərəfindən işğal olunan Sarılı Xəştab kəndi 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.

İsa Musayev

Oxşar xəbərlər