17.06.2025, 16:22
AZ EN
02.03.2023, 08:35 397

Qədim tarixə malik abidə

ŞƏRQİ ZƏNGƏZUR

Zəngilan bölgəsinin Nüvədi kəndində (kənd 1929-cu ildə Ermənistana verilmişdir) Qarqardaşı adlı dağda tarixi Orxon-Yenisey yazılı abidələrindən daha qədim olan e.ə.IX-VIII əsrləri əhatə edən Qarqardaş kitabələri var idi. Bu kitabələr kənd sakini Həmzə Vəli tərəfindən 1985-ci ildə aşkar edilmişdir. Tapılan 7 kitabə eyni rəngdə olan, olduqca möhkəm bazalt daşlarına həkk olunmuşdur. Onların ən böyüyünün uzunluğu 1 metr, eni 70 sm, kiçiyinin uzunluğu 40 sm, eni isə 32 sm-dir. Daşlardakı yazılar bizşəkilli metal alətlə oyulmuşdur. Mətnlər türk mənşəlidir, yazılarda şumer sözləri də işlənmişdir ki, bu da kitabələrin qədimliyini təsdiq edir. Tədqiqatçılar bu yerin qədimliyi ilə bağlı çox maraqlı faktlar aşkarlayıblar. Onlar qeyd edirlər ki, Amerika alimi məşhur şumerşünas Samuel Noy Kramerin gil yazılardan etdiyi bir tərcümədə Nüvədinin "TÜKRİŞ" - TÜRKİŞ - TÜRK torpağı olduğunu və bu ərazidə hələ 4-5 min il qabaq MİS çıxarıldığı faktından danışır. Yuxarıda qeyd etdiyimiz kimi kənd Ermənistana verilsə də buradakı daş kitabələr, qəbiristanlıqlar, aparılan tədqiqatlar, eyni zamanda xarici alimlərin fikirləri həm bu ərazinin qədim, həm də türk torpağı olduğunu faktlarla sübut edir.

İsa MUSAYEV

Oxşar xəbərlər