AZƏRTAC Kəlbəcər rayonunun Allıkənd kəndinin fotolarını paylaşıb.
Allıkənd Kəlbəcər rayonunun Daşbulaq kənd inzibati ərazi dairəsinə daxildir. Kənd Şahdağ silsiləsinin ətəyində yerləşir. Keçmiş adı Alılıdır. Yerli əhalinin məlumatına görə, kəndi XIX əsrdə kəlbəcərli Alı Kərbəlayi Avaz oğlu özünə məxsus binə yerində salmış və yaşayış məntəqəsi də onun adı ilə adlandırılmışdır. Oykonim Alı (antr.) və kənd (yaşayış məntəqəsi termini) sözlərindən düzəlib, "Alıya məxsus kənd" deməkdir. Kənd əhalisinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil etmişdir.
Qeyd edək ki, Kəlbəcər ərazi baxımından respublikamızın ən böyük rayonlarından biridir. Üçtərəfli bəyanata əsasən, 25 noyabr 2020-i ildə Kəlbəcər rayonu boşaldılaraq Azərbaycana təhvil verilib.
Hazırladı:
Sevda Süleymanova