Azərbaycan Respublikasının Laçın rayonunun Mığıdərə kənd inzibati ərazi dairəsinə daxil olan Dəyirmanyanı kəndi Qarabağ silsiləsinin ətəyində yerləşir. Rayon mərkəzindən 23 km məsafədə olan bu kəndi XIX əsrdə Məlikpəyəsi kəndindən dənkanlı, imamverdiuşağı və Malxələf kəndindən İbrahimuşağı nəsillərinə mənsub ailələr Dəyirman çayının (Həkəri çayının qolu) dərəsində, köhnə dəyirmanın yanında saldıqları üçün yaşayış məntəqəsi əvvəlcə Dəyirman dərəsi, sonralar isə Dəyirmanyanı adlandırılmışdır. Əhalinin əsas məşğuliyyəti heyvandarlıq, əkinçilik, bağçılıq və bostançılıq idi. Burada ibtidai məktəb, kitabxana mövcud olmuşdur.
İsa MUSAYEV