18.12.2024, 05:43
AZ EN
05.03.2023, 09:34 286

Kəlbəcər rayonu, Tövlədərə kəndi

ŞƏRQİ ZƏNGƏZUR

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Kəlbəcər rayonunun Tövlədərə kəndi Çıraq kənd inzibati ərazi dairəsinə daxildir. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Zivel kənd Sovetindən Tövlədərə kəndi Çıraq kənd Sovetinin tərkibinə verilmişdir. Dağlıq ərazidə yerləşən yaşayış məntəqəsi əvvəllər Çıraq kəndinin binə yerində salınmışdır. Kəndin yerləşdiyi dərədə mal-qara tövləsi olduğu üçün dərə Tövlədərə adlandırılmışdır. Sonralar bu kəndə də həmin ad verilmişdir. Oykonim "tövləsi olan dərədə yerləşən kənd" mənasındadır. Kəndin ərazisində qış və yay aylarında mal-qoyun saxlamaq üçün çox əlverişli şərait olduğu üçün burada Çıraq kəndinin sakinləri tövlə tikib heyvandarlıqla məşğul olmuşlar. Sonralar həmin yerdə yaşayış məskəni salıb, adını da Tövlədərə qoymuşlar. Verilən məlumata görə kənd camaatının ulu babası sayılan Məmmədalı adlı şəxs bu kəndin bünövrəsini qoymuşdur. Camış yurdu, Boyun yurd, Çalpapaq yurd, Gölyurd, Taxta yurd və s. yaylaqları, Novlu bulaq, Yarpızlı bulaq, Kərimin bulağı və s. bulaqlar, Güney, Qayabaşı, Çəvlik, Sarımsaqlı qaya və s. xeyli sayda məşhur yerləri də var.

İsa MUSAYEV

Oxşar xəbərlər