18.06.2025, 01:37
AZ EN
19.02.2024, 08:41 395

Cəbrayıl rayonu, Çərəkən kəndi

ŞƏRQİ ZƏNGƏZUR
  • Cəbrayıl rayonunun inzibati ərazi vahidində olan Çərəkən kəndi düzənlik ərazidə yerləşir.

Kənd Çərə adlı sahədə salınmışdır. Çərə (örüş yeri) və kənd (d səsi sonralar düşmüşdür) komponentlərindən düzəlmiş bu oykonim "örüş yerində salınmış kənd" mənasındadır. 1933-cü ildə kəndin adı Çərəkənt variantında qeydə alınmışdır.

Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur.   İşğal dövründə erməni vandalları kəndi viran qoymuşlar.

4 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər