21.05.2024, 23:35
AZ EN
29.08.2023, 14:00 270

Laçın rayonu, Bozgüney kəndi

ŞƏRQİ ZƏNGƏZUR

Azərbaycan Respublikasının Laçın rayonu Vağazin kənd inzibati ərazi dairəsinə daxil olan Bozgüney kəndi Qarabağ silsiləsinin yamacında yerləşir. Kənd eyniadlı sahədə salındığına görə belə adlandırılmışdır. Toponim boz (bitkisiz, quru yer) və güney (cənub, gün tutan yer) komponentlərindən yaranmışdır. Mənası (gün tutan quru yer) deməkdir. Boz sözü ümumtürk toponimiyasında geniş yayılmışdır. Özbəkistanda Boz, Bozatau, Bozsu, Qazaxıstanda Bozşakol, Bozbien, Boz təpəsi, Bozqır təpəsi, Gökboza, Cənubi Azərbaycanda Boz, Krımda Boz, Bozqana, Qərbi Azərbaycanda Bozqala, Bozyoxuş və s. vardır. Kəndin əhalisi Azərbaycan türklərindən ibarət idi. Əhalinin əsas təsərrüfatını heyvandarlıq təşkil edirdi.

İsa MUSAYEV

Oxşar xəbərlər