21.11.2024, 19:18
AZ EN
10.10.2022, 15:05 636

Zəngəzurun çayları

ŞƏRQİ ZƏNGƏZUR
  • Araz çayı Azərbaycanın ikinci böyük çayıdır. Kürün ən böyük qolu olan bu çay öz başlanğıcını Türkiyə ərazisindəki Bingöl vadisindən götürərək 1072 km yolu qət edərək Kür çayına birləşir. Araz çayı Zəngilan rayonu ərazisindən 45 km məsafədə axır. Çay dərəsində orta yura forfiritlərindən təşkil olunmuş bir neçə adalar vardır. Burada dərələr dərin olduğu üçün suvarmada az istifadə olunur.

Həkəri çayı Kür və Araz çaylarından sonra Azərbaycanda ən sulu çaydır. Öz mənbəyini 3080 m yüksəklikdə olan Qarabağ və Mıxtökən (Dəli dağ) silsilələrinin xırda çay və bulaqlarından alaraq öz mənsəbini Araz çayında tamamlayır. Uzunluğu 128 km olan Həkəri çayı Zəngilan ərazisində 15 kilometrdir. Bu çay Ağ oyuq və Gəyən düzləri arasında 80-100 m dərinlikdə yarılmış dərədən axır. Çayın yuxarı axınında Bazarçay da Həkəriyə qoşulur. Sahilində əsasən çəltik, taxıl və bağçılıq inkişaf etmişdir.

Oxçu çayı öz başlanğıcını Zəgəzur silsiləsinin ən uca zirvəsi olan Qapıcıq dağının (3904 m) cənubunda 3502 metr yüksəklikdə olan Yağlı dərə dağlarından götürüb. Çayın uzunluğu 86 kilometrdir. Zəngilan rayonu ərazisindən 40 km məsafədən keçir. Qafan və Qaçaran mis-molibden kombinatlarının tullantıları çayı çirkləndirir. Bu çay da Mincivan qəsəbəsi və Cahangirbəyli kəndi arasından keçərək Araz çayına birləşir. Çayətrafı ərazilər pambıq, üzüm, taxılçılıq və bağçılıq üçün əlverişlidir.

Öz başlanğıcını 2720 metr yüksəklikdə Zəngəzur silsiləsinin cənub-şərqindən Bəsit çayı 44 kilometr yol qət edərək Araz çayına tökülür. Sıxavuz, Xaçınçay, Sobuçay, Çopədərə çayları ilə birləşən Bəsit çayı Avropada birinci olan məşhur Çinar qoruğu – Kinav vadisindən axıb gəlir. Çay dərəsi çox hissədə sıx meşələr arasından (əsasən çinar və qoz ağacları) keçir. Çayın aşağı axınında bağçılıq və əkinçilik inkişaf etmişdir. Bura əsasən ipəkçilik, üzümçülük, taxılçılıq üçün əlverişlidir

Hazırladı: İsa MUSAYEV

Oxşar xəbərlər