21.11.2024, 19:18
AZ EN
22.08.2022, 08:15 361

86 yaşlı erməni Zabuxda ev yandırdı

ŞƏRQİ ZƏNGƏZUR
  • Laçın rayonunun Zabux kəndində qanunsuz məskunlaşdırılmış 86 yaşlı Radik Ovsepyan tərk etməli olduğu evi yandırıb.

Bu barədə “news.az” xəbər portal xəbər yayıb. Xəbərdə deyilir ki, sosial şəbəkələrdə paylaşılan videoda yaşlı erməninin əlləri əsə-əsə evə benzin tökdüyü görünür. O, “ölmək vaxtım çatsa da, türkü evimə girməyə imkan vermərəm”. Bu da erməni xislətin bariz nümayişi… Torpağımızda yaşadığı haram ömrü evsiz-eşiksiz başa çatdıracaq bu qocanın yeri cəhənnəmdir onsuz da…

Xatırladaq ki, ermənilər qanunsuz məskunlaşdıqları Laçını və Zabuxu avqustun 25-dək tərk etməlidirlər.

Oxşar xəbərlər