22.11.2024, 01:50
AZ EN
12.01.2024, 08:45 295

Laçın rayonu, Güləbürd kəndi

ŞƏRQİ ZƏNGƏZUR
  • Laçın rayonunun ərazi dairəsində olan Güləbürd kəndi Həkəri çayının sahilində, Qubadlı rayonu ilə sərhəddə yerləşir, rayon mərkəzindən 36 km məsafədədədir.

“Güləbürd” toponimi haqqında elmi etimilogiyaya əsasən bu ərazilərin qədim türk torpaqları olduğu və aborigen əhalinin türk olmağı haqqında tarixi-coğrafi, mədəni-ədəbi bilgilər yetrincədir.

Yaşayış məntəqəsi Güləbürd qalasının yaxınlığında yerləşdiyi üçün belə adlanmışdır. Güləbird qalasının adı isə "gil qalası, gellərə məxsus qala" deməkdir.

Güləbürd sözü türk dilindən olan "gül" və fars mənşəlli "bert" qala mənasını verən gül qalası deməkdir. Türkiyədə də eyni adlı kənd mövcud olmuşdur. Türkiyənin Ardahan ilinin Çamlıçatak kəndi 1959-cu ilə qədər Güləbird (Gülebert) adlandırılmışdır.

XVII əsrdə yaradılan Sarı Aşıq türbəsi, Qədim qəbiristanlıq, qəbiristanlıqda çoxlu sayda oyma, yonma, cızma üsulu ilə daş üzərində həkk olunmuş bədii daş nümunələri var.

Kənd tarixi abidələri ilə zəngindir. Qədim qəbiristanlıq, Qız qəbri, Sultanbud künbəzi, Sarı Aşıq və sevgilisi Yaxşının qəbirüstü abidələri, Nəzər xırmanı, Köhnə Məzməzək, Novruzalılar yaşayış məskənləri və s.

1993-cü ilin avqust ayının 31-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş kənd, 2020-ci il noyabrın 9-u Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR