22.11.2024, 05:23
AZ EN
30.11.2023, 08:23 322

Cəbrayıl rayonu, Böyük Mərcanlı kəndi

ŞƏRQİ ZƏNGƏZUR
  • Böyük Mərcanlı, Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidindədir.

Böyük Mərcanlı kəndi Araz çayının sol sahilindən 2 km aralı, düzənlikdə yerləşir. Mənbələrdəki məlumata görə kəndin keçmiş adı Mərcanlı olmuşdur. Yaşayış məntəqəsini XIX əsrdə Qarabağ xanı İbrahimxəlil xanın oğlu Cəfərqulu xanın mülkü olmuş Lənbəran kəndindən (Bərdə rayonu) köçürülmüş mərcanlı nəslinə mənsub ailələr Maralyan kəndinin ərazisində salmışlar. Sonralar Mərcanlı kəndindən köçən bir qrup ailə Yuxarı Mərcanlı kəndinin əsasını qoymuşlar.

Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. 27 sentyabr 2020-ci ildə Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində kənd işğaldan azad edilib.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR