22.11.2024, 07:44
AZ EN
05.11.2022, 11:59 611

Qubadlı rayonu, Eyvazlı kəndi

ŞƏRQİ ZƏNGƏZUR

Eyvazlı kəndi Qubadlı rayonunun Novlu kənd inzibati ərazi dairəsinə aiddir. Bu kənd Ermənistanla həmsərhədd olan ən yaxın yşayış məntəqəsidir. Bərgüşad çayının sağ sahilində, dağların arasında salınan Eyvazlı kəndinin əhalisi əsasən əkinçilik və toxuculuqla məşğul olurdular. Kəndin təbii mənzərəsi, bulaqları, eyni zamanda Bərgüşad çayının sahilində olması bu kəndin gözəlliyinə daha artıq çalar verir. Sovet hökumətinin ilk illərində Zəngilan və Qubadlı rayonlarının bəzi kəndləri Ermənistana verilmişdi. Lakin sonradan Eyvazlı kəndi Qubadlı rayonuna qaytarılmışdır. Qafan-Gorus yolu kəndin ətrafından keçir. Mənbələrdə qeyd olunur ki, bu oykonimləri oğuz tayfa ittifaqına daxil olan təkləlilərin, sonralar isə şahsevənlərin tərkibinə daxil olmuş Eyvazlı tirəsinin adı ilə bağlıdır. Şərur rayonunun Tənənəm kəndində Eyvazlı məhəlləsi, Ağstafa rayonunun Saloğlu kəndində və Göyçə mahalında Ayvazlı nəsli olmuşdur. 1993-cü ildə ermənilər tərəfindən işğal edilən kənd 2020-ci ilin 10 oktyabrında Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.

Eyvazlı kəndi Azəbaycan Respublikasında tanınan, yüksək vəzifə tutan sakinləri ilə də məşhurdur. Müstəqil Azərbaycan Respublikasının ilk Müdafiə naziri general Valeh Bərşadlı, siyasətçi, Azərbaycan SSR Ali Soveti Reyasət Heyətinin sədri Məmməd İsgəndərov Eyvazlı kəndinin yetirmələridir.

İşğaldan azad olunmuş bütün ərazilər kimi Eyvazlı kəndi də bərpa olunacaq və öz övladlarını qoynuna alacaqdır.

 

İsa MUSAYEV     

Oxşar xəbərlər

SON XƏBƏRLƏR