18.10.2024, 12:15
AZ EN
23.05.2024, 08:00 265

Qubadlı rayonu, Qarakişilər kəndi

ŞƏRQİ ZƏNGƏZUR
  • Qubadlı rayonunun Qaracallı kənd inzibati ərazi dairəsində olan Qarakişilər kəndi Həkəri çayının sağ sahilində, dağətəyi ərazidə yerləşir.

Rayon mərkəzindən 20 km, dəniz səviyyəsindən 1150 m hündürlükdə yerləşən bu kənd Qara kişilər nəslindən olanlar, yəni Qarakişigillər mənasındadır.

Laçın rayonunda da Qarakişi adlı kənd qeydə alınmışdır. Cənubi Uralda Burzyanak rayonu ərazisində indiki “Puqaçevskaya qara” dağlarının adı keçən əsrdə Qarakişi dağları kimi qeydə alınmışdır.

Qaragil təpəsi, Top qaya, Şiş yal, Gəyə dərəsi və orta əsrlərə aid olan qəbiristanlıq, Sınıq körpü Qarakişilər kəndindinin toponimləridir.

Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Erməni vandalları işğal dövründə bu kəndi də yerlə-yeksan edərək xarabalığa çevirmişlər.

Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu 2020-ci il noyabrın 4-də Qarakişilər kəndini işğaldan azad edib.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər