Ağoğlançayın (Həkəri çayının qolu) sahilində, Qarabağ yaylasında yerləşir. Keçmiş adı Molla Əhmədli olmuşdur. Kənd XIX əsrin ikinci yarısında Varazğun yeri adlanan ərazidən buraya köçürülmüşdür. Kəndin adını Molla Əhməd şəxs adı ilə bağlayırlar.
1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Tahirə AĞAMİRZƏ