01.07.2025, 12:53
AZ EN
27.07.2023, 14:25 185

Zəngilan rayonu, Aşağı Gəyəli kəndi

ŞƏRQİ ZƏNGƏZUR

Gəyəli kəndi dağətəyi ərazidə yerləşir. Oykonim yaşayış məntəqəsinin coğrafi mövqeyi ilə bağlı yaranmışdır. Kəndi Yuxarı Göyəli kəndindən köçüb gələn ailələr salmışlar. Toponim XIX əsrdə Zəngəzur qəzasında yaşamış maldar göyəli tayfasının adını əks etdirir. Etnotoponimdir.

Kənd 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər