01.07.2025, 16:09
AZ EN
16.05.2023, 10:41 423

Zəngilan rayonu, Quyudərə Xəştab kəndi

ŞƏRQİ ZƏNGƏZUR

Azərbaycan Respublikasının Zəngilan rayonunun Quyudərə Xəştab kəndi Yeməzli kənd inzibati ərazi dairəsindədir. Bu kənd dağətəyi ərazidə yerləşir. Oykonim üç sözdən; quyu, dərə və kürd mənşəli xəştab (səkkiz bulaq) sözlərinin birləşməsindən yaranmışdır. Türk dillərində quyu həm də "dib, atak, aşağı" mənalarını ifadə edir. Tədqiqatçılar qeyd edirlər ki, oykonim bütövlükdə "dərənin dibindəki səkkiz bulaq" deməkdir. Keçmişdə burada iki Xəştab kəndi olmuşdur. Onları bir-birindən fərqləndirmək üçün biri Sarılıxəştab (Sarılı kəndi yaxınlığındakı Xəştab), digəri isə Quyudərəxəştab (Quyudərə adlı yerdəki Xəştab) adlandırılmışdır. 1993-cü ildə işğal edilən kənd 2020-ci ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən azad olunmuşdur.

İsa Musayev

Oxşar xəbərlər