16.10.2025, 18:07
AZ EN
13.08.2023, 14:46 588

Laçın rayonu, Mişni kəndi

ŞƏRQİ ZƏNGƏZUR
  • Mişni kəndi Laçın rayonu, Mişni kənd inzibati ərazi dairəsində yerləşir. Kənd 1822-ci ilədək Qarabağ xanlığının, 1874-cü ildən Zəngəzur qəzasının tərkibində olmuşdur. 1930-cu ildən Laçın rayonunun inzibati ərazisinə verilmiş Mişni kəndi 27.12.1989-ci il tarixdə Alxaslı kənd sovetindən ayrılaraq, mərkəzi Mişni kəndi olmaqla Mişni kənd soveti yaradılmışdır. 1992-ci ilin yanvar ayından Mişni kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik adlandırılmışdır.

Mişni kəndi üzrə 01.01.2020-ci il tarixinə olan məlumata görə 501 ailə 1512 nəfər əhali olmaqla Azərbaycanın 19 rayonunda müvəqqəti məskunlaşmışdır.

1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. 28 ildən sonra, 01.12.2020-ci il tarixdə Azərbaycan Ordusu Laçın rayonunu, o cümlədən də Mişni kəndini işğaldan azad etmişdir.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər