24.04.2026, 15:44
AZ EN
24.04.2026, 13:18 25

Vahid Ələkbərov: "Füzulidəki uşaq bağçası yeni nəslin formalaşmasına stimul verəcək"

QARABAĞ
  • Bu gün Füzuli şəhərində istifadəyə verilən 1 nömrəli körpələr evi-uşaq bağçası yeni nəslin formalaşmasına stimul verəcək.

Bunu LUKOİL neft şirkətinin qurucusu Vahid Ələkbərov məktəbəqədər təhsil müəssisənin açılış mərasimində bildirib.

Onun sözlərinə görə, şəhər sürətlə inkişaf edir, bura yeni ailələr köçür və bu kimi sosial obyektlər mühüm əhəmiyyət daşıyır: "Bu gün istifadəyə verdiyimiz bu obyekt uşaqların öz doğma şəhərində böyüməsinə və tərbiyə almasına stimul verəcək. Biz xoşbəxtik ki, Prezident İlham Əliyev şirkətimizə belə gözəl uşaq bağçasının tikintisini həvalə edib. O, şəhərin simasını daha da gözəlləşdirəcək və Azərbaycanın rifahı naminə sağlam, savadlı nəslin yetişməsinə töhfə verəcək". (Report)

Oxşar xəbərlər