21.11.2024, 22:10
AZ EN
21.03.2022, 16:00 463

Suqovuşanda turizmin inkişafı üçün konsepsiya hazırlanıb

QARABAĞ

Prezident İlham Əliyevin tapşırığı ilə Suqovuşanda turizmin inkişafı üçün konsepsiya hazırlanıb. Konsepsiyaya əsasən, burada işlərin başlandığını görürük. Suqovuşanda jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin sektor müdiri Elgün Cavadov bunu bildirib. Onun sözlərinə görə, Suqovuşan su anbarının ətrafında müxtəlif turizm zonalarının yaradılması nəzərdə tutulur.

E.Cavadov deyib: "Arxada gördüyünüz hissədə istirahət yerlərinin inşası nəzərdə tutulub. Artıq cənab Prezident tərəfindən burada təməlqoyma mərasimi olub. Zonalara görə bura gələn turistlər üçün, xüsusilə, Naftalandan gələn turistlər üçün istirahət düşərgələrinin yaradılması planlaşdırılır. Gələcəkdə də su anbarı ətrafında olan ərazilərin abadlaşdırılması nəzərdə tutulur. Burada parklanma və iaşə zonaları da inşa olunacaq. Bütün bu inşaat işlərinin aparılması üçün ilkin olaraq 5 hektar ərazi ayrılıb".

Oxşar xəbərlər