21.11.2024, 20:51
AZ EN
09.01.2023, 10:05 288

Kəlbəcər rayonunun Həsənlər kəndi

ŞƏRQİ ZƏNGƏZUR
  • AZƏRTAC Kəlbəcər rayonunun işğal dövründə erməni vandalizminə məruz qalmış Həsənlər kəndinin görüntülərini təqdim edib. Həsənlər kəndi Yellicə kənd inzibati ərazi dairəsində, Şərqi Göyçə silsiləsinin ətəyində yerləşir.

Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.

İkinci Qarabağ müharibəsində Ordumuzun şanlı Qələbəsindən sonra Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarılıb.

Oxşar xəbərlər