22.11.2024, 07:06
AZ EN
21.05.2024, 08:26 318

Cəbrayıl rayonu, Hovuslu kəndi

ŞƏRQİ ZƏNGƏZUR
  • Cəbrayıl rayonunun inzibati ərazi dairəsində olan Hovuslu kəndi düzənlik ərazidə yerləşir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini havuslu tirəsinə mənsub ailələr saldığına görə belə adlanmışdır. Havıslı, Hovuzlu variantlarında da qeydə alınmışdır. Azərbaycan dilinin dialektlərində havıs kotanın açdığı şırıma deyilir.

Əhalinin əsas məşğuliyyəti heyvandarlıq olub.

Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir.

Erməni vandalları işğal dövründə bu kəndi də talayıb viran ediblər.

Hovuslu 2020-ci il oktyabrın 25-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR