Azərbaycan Respublikası Qubadlı rayonunun Çardaqlı kəndi dağətəyi ərazidə, rayon mərkəzindən 10 km qərbdə yerləşir. Bu yaşayış məntəqəsi rayonunun ərazisində mövcud olmuş Korcalanlı kəndindən köçüb gəlmiş ailələrin Çardaqlı düzü adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Yerli əhalinin verdiyi məlumata görə toponim keçmişdə orada gözətçi məntəqəsi kimi mövcud olmuş çardağın adı ilə bağlıdır. Çardaqlı kəndi 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
İsa Musayev