17.06.2025, 21:15
AZ EN
22.05.2023, 08:33 320

Zəngilan rayonu, Yuxarı Gəyəli kəndi

ŞƏRQİ ZƏNGƏZUR

Azərbaycan respublikası, Zəngilan rayonunun Yuxarı Gəyəli kəndi Canbar kənd inzibati ərazi dairəsinə daxildir. Kənd dağətəyi ərazidə yerləşir. Keçmiş adı Gəyəli olmuşdur. Bu kənddən ayrılmış ailələr bir az aşağıda ozlərinə yeni yaşayış məntəqəsi salmış, onu Aşağı Gəyəli adlandırmışlar. Bundan sonra köhnə kənd Yuxarı Gəyəli adlandırılmışdır.  Oykonimin birinci komponenti kəndin coğrafi mövqeyini, ikinci komponenti isə XIX əsrdə Zəngəzur qəzasında yaşamış maldar gəyəli tayfasının adını əks etdirir. Yuxarı Gəyəli kəndi 2020-ci ildə erməni işğalından azad edilmişdir.

İsa Musayev

Oxşar xəbərlər