22.11.2024, 05:24
AZ EN
03.10.2023, 10:25 263

Kəlbəcər rayonu, Alolar kəndi

ŞƏRQİ ZƏNGƏZUR
  • Alolar kəndi Kəlbəcərə yaxın bir məsafədə Yellicəyə gedən yolun üstündə, çayın qırağında dağların ətəyində yerləşir.

1993-cü ildə Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən işğal edilmkşdi. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.

Yaşayış məntəqəsi XIX əsrin ortalarında Keştək kəndinə məxsus binə olmuşdur. Sonralar həmin kənddən alolar nəslinə mənsub ailələrin burada daimi məskunlaşması nəticəsində yaşayış məntəqəsi yaranmışdır.

Digər məlumata görə Alolar kəndi Dərələyəzdən gəlib burada məskunlaşan Alo adlı kişinin adı ilə bağlıdır.

Kənd Tərtərçayın qolu olan Keşdək çayının (digər adı Alolar suyu) sahilində yerləşir.

Yaylaqları; Çəvlik yurdu, Yuxarı Pələngə yurdu, Aşağı Pələngə yurdu, Daşınbaşı yurd, Bağırxan yurdu, Dəlihəsən yurdu, Əlinin yurdu, Əyri yurd.

Kənddə xeyli sayda bulaq vardı; Qara bulaq, Çoban bulağı, İşgəsu bulağı, Ağqaya bulağı, Xırmandaşının bulağı, Ağ bulaq, Daş bulaq, Həmərsinlinin bulağı, Kolludaş bulağı, Xəlyarlı bulaqları, Səvlik bulağı, Qoyun kahasının bulağı, Quzu kahasının bulağı, Yanıq bulaq, Pırtpırt bulaq, Qıjılı bulaq, Dərə yurdunun bulaqları, Əyri yurdun bulağı, Şırşır bulaq və s.

Bostanlar, Göyüşün yal yeri, Dikgüney, Dalmeşə, Yal yeri, Qalaça quzeyi, Yuxarı kor bulaq, Aşağı kor bulaq, Qalaça, Keşdəyin düzü, Murtuzabiçən, Xarrat, Danadaşı, Xırmandaşı, Zalın meşə yeri, Ağqaya, Çiçəkli, Molla Allahverdinin biçənəyi, Palçıqlı yal, Kolludaş, Vəliölən, Rzanın damı, Paşa düzdağı, Xəlyarlı, Yanıq, İbrahimin kahası, Taruçan, Biçilənyal, İtlərqırılan, Şirinin şamı, Qaraqaya, Ellaz ayı tutan, Ələmağacı toponimləri ilə çox zəngindir.

Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil etmişdir.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR