18.10.2024, 18:25
AZ EN
01.08.2023, 11:10 240

Cəbrayıl rayonu, Tulus kəndi

ŞƏRQİ ZƏNGƏZUR
  • Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Hacılı inzibati ərazi vahidində olan Tulus Arazboyu düzənlikdə yerləşir. 

1993-cü ildə erməni birləşmələri tərəfindən işğal olunub.

2020-cil oktyabrın 21-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.

Oykonimin qədim tarixi türkdilli tolos/teles tayfasının adı ila bağlılığı güman edilir. Orxon-Yenisey yazılı abidələrində tolis kimi qeyd olunan tuluslar e.ə. III əsrdə Orta Asiyada yaşamış teles adlı tayfanın varisləri hesab edilir. VII əsrdə onlar Qərbi Türk Xaqanlığına daxil olmuş, XIII əsrdə monqolların tərkibində Yaxın Şərqin istilasında iştirak etmişlər. Hazırda qaraqalpaqların və tatarların tərkibində tolos adı ilə faaliyyət göstərirlər. Dağlıq Altayda yaşayan telengit tayfasının bir qolu indi də tolos adlanır. Şərur rayonunun Dəmirçi kəndində Talasovan məhəlləsi, Tələsovan sahəsi qeydə alınmışdır.

Əhalinin əsas məşğuliyyəti heyvandarlıq olub.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər