- Kəlbəcər rayonunun Qamışlı kəndi Qamışlı çayının sahilində, dağətəyi ərazidə yerləşir. Yerli məlumata görə, keçmişdə Qaryagin qəzasının (indiki Füzuli rayonu) Mərcanlı kəndindən Qazıxan adlı bir şəxsin burada binəsi olmuşdur. Sonralar onun övladları həmin yerdə daimi məskən salmışlar. Kənddəki nəsillərdən biri indi də qazıxanlı adlanır. Qamışlı kəndi Qamışlı çayının adı ilə adlanmışdır.
Kəndin yerləşdiyi ərazinin üst (yuxarı) hissəsində, ətrafında qamış bitən balaca bir göl var. Ona görə də kənd Qamışlı adlanır.
Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir.25 noyabr 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Tahirə AĞAMİRZƏ