Ağanus kəndi Laçın rayonunun Fətəlibəyli kənd inzibati ərazi dairəsində yerləşir. Adını ərazidəki eyniadlı mineral bulaqdan almışdır. Bəzi tədqiqatçılara görə, toponim ağ və naus (ərəbcə "məbəd" deməkdir. Sasanilər dövründə zərdüştiliyə sitayiş edənlərin qəbirüstü tikilisi də naus adlanırdı) sözlərindən düzəlib, "ağ rəngli məbəd" mənasını ifadə edir. İşğala qədər kənddə orta məktəb, mədəniyyət evi, kitabxana, rabitə qovşağı, 2 mağaza, 1 iaşə obyekti (Turşsu) fəaliyyət göstərirdi. Kənd 2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə işğaldan azad olunmuşdur.
İsa Musayev