18.10.2024, 14:18
AZ EN
24.02.2023, 08:40 286

Kəlbəcər rayonu, Vəngli kəndi

ŞƏRQİ ZƏNGƏZUR
  • Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Vəngli kəndi Xaçınçayın sol sahilində, yüksək dağlıq ərazidə yerləşir. Kəndin ətrafı sıx meşələrlə əhatə olunduğu üçün havası təmiz və səfalıdır.

Vəngli kəndi uzun müddət Xaçın knyazlığının mərkəzi olub. Knyazlığın rəhbərlərindən olan Həsən Cəlalın iqamətgahı Holanaberd qalası ilə üzbəüz, Ağdərə rayonunun Vəngli kəndi qədim tarixə malikdir. Burada ucaldılmış məşhur Gəncəsər Monastrı Qafqaz Albaniyası xristian memarlığının ən görkəmli abidələrindən biridir. 1261-ci ildə Monqol-Tatar işğalçıları tərəfindən İranın Qəzvin şəhərində qətlə yetirilmiş Həsən Cəlalın oğlu knyaz Atabəyi gətirib Gəncəsər Monastrında dəfn etmişdilər.

Monastr 1511-ci ildən 1836-cı ilədək diofizit alban xristianların iqamətgahı olmuşdur. Sonra isə Rusiya sinodunun rəsmi qərarı ilə Alban kilsəsi ləğv edilmişdir. Qarabağ münaqişəsinin ilk günlərindən ermənilər bu kənddə nəzarəti tam ələ keçirərək qonşu azərbaycanlı kəndlərinə hücum etməyə, günahsız insanları qırmağa başladılar. Bunun qarşısını almaq üçün Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Vəngli kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. 1993-cü ildə işğal olunmuş kənd 2020-ci ilin 25 noyabrında Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad olunmuşdur.

İsa MUSAYEV

Oxşar xəbərlər