22.11.2024, 05:16
AZ EN
11.12.2023, 09:00 297

Cəbrayıl rayonu, Ağtəpə kəndi

ŞƏRQİ ZƏNGƏZUR
  • Ağtəpə, Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidindədir.

Düzənlik ərazidə yerləşir. Yaşayış məntəqəsi XX əsrin 30-cu illərində Daş Veysəlli kəndindən ayrılmış bir qrup ailə tərəfindən Ağtəpə adlanan yerin yaxınlığında salınmışdır. Adını ərazidəki eyniadlı dağdan almışdır. İran (Ağtəpə), Sibir (Aktöbe), Əfqanıstan (Aqtəpə, Aqtubə), Özbəkistan (Oktepa), Türkmənistan (Aqdepe), Tatarıstan (Aktübe) toponimiyasında da eyniadlı oykonimlər qeydə alınmışdır.

Əhalinin əsas məşğuliyyəti heyvandarlıq olub.

Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.

2020-ci il oktyabrın 20-də kənd Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edib.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR